“Ermənistan elə başa düşürdü ki, Avrasiya İqtisadi Birliyinə üzv olan kimi iqtisadi durumu düzələcək. Amma ötən 3 ay ərzində Ermənistanın iqtisadiyyatında bütün sahələr üzrə geriləmələr müşahidə olunub”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
M.Əhmədoğlu bildirib ki, bu məsələdə yeni tendensiyalar meydana çıxır. Onun sözlərinə görə, Ermənistana gələn mallar gömrük rüsumların Rusiyanın ərazisində ödəyir: “Bu, Ermənistan üçün təhlükəli tendensiyadır. Bu tendensiya Rusiyanın hesabınadır. Rusiya öz işini elə qurub ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması ona fayda vermir”.
Səxavət