Milli Məclisin deputatları Sədaqət Vəliyeva və İqbal Ağazadə TÜRKPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
Teleqraf.com parlamentə istinadən xəbər verir ki, Qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında “TÜRKPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri” mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək.
Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq. Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.
Nemət