Bakının Yasamal rayonunda yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan ikimərtəbəli mansard tipli satış məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan avtomobil sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb.
Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.