Eks-spiker Rəsul Quliyev siyasətdən çəkildikdən sonra müxtəlif sahələrlə bağlı açıqlamalar verir.
Bir müddət tarixi əsərlər yazan Quliyev daha sonra politoloq kimi fəaliyyət göstərdi. İndi isə aydın olur ki, cənab Quliyev insan genləri ilə maraqlanır.
Quliyev bildirib ki, genlər üzərində tədqiqat aparan alimlərin hamısı insan genlərinin irqdən, rəngdən asılı olmadığını, bir mənbədən gəldiyini və identik olduğunu sübut ediblər: "Müxtəlif qitələrdə müxtəlif irqli və rəngli yeni doğulmuş uşaqların bir yaşına qədər eyni hərəkətlər etdiklərinə artıq şübhə yoxdur".
R.Quliyev daha sonra deyib ki, valideynlərinin daima yalan danışdığının şahidi olan uşaq və ya gənc düzgün danışmağı normal hesab edə bilməz.
Göründüyü kimi, artıq eks-spiker fərqli sahələrə ciddi meyl göstərir.
Cavidan