9 İyun 2015 13:25
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir şuşalı kimi “Şuşaya azadlıq”, “Şuşaya qayıdış” kimi kampaniyaların keçirilməsi bizi də sevindirir. Bu kampaniya Azərbaycanın apardığı uğurlu siyasətin nəticəsində həyata keçirilir”.

Teleqraf.com-un məlumatına görə, bunu “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyini sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında söyləyib.

İcma sədri bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bu kampaniya ilə bağlı müsabiqə keçirilib: “Bu müsabiqədə xarici ölkələrdən də nümayəndələr iştirak ediblər. Bu müsabiqə nəticəsində qaliblər və “Şuşaya azadlıq” beynəlxalq kampaniyasının rəsmi loqosu müəyyənləşib”.

Son illər Azərbaycanın haqq səsinin Qərb dövlətləri tərəfindən dinlədilmədiyini diqqətə çatdıran B.Səfərov qeyd edib ki, əvvəlcədən hazırlanan erməni yalanları qonşu ölkələrin və başqa millətlərin informasiyasında doğru məlumat kimi göstərilib: “Ancaq son illər aparılan işlər, çəkilən filmlər, çap olunan kitablar, dünya ictimaiyyətinə çatdırılan həqiqətlər, ölkədə aparılan quruculuq işləri, Azərbaycanda keçirilən bütün tədbirlər dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılmasında böyük rol oynayır. Artıq Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və qəbul olunur. Bununla belə, ikili siyasətlə işləyən dövlətlər və dövlətlərin rəhbərləri hələ də mövcuddur. Onlar istəyirlər ki, həmişə ölkəmizdən nə isə əldə etsinlər. Ancaq onların istəkləri həyata keçməyəcək və xalqımız öz ərazisini qorumaqda davam edir. Aərbaycan prezidenti hər zaman mötəbər kürsülərdən xalqımızın haqq səsini dünyaya çatdırır. Onun dediyi kimi, Azərbaycanın torpaqlarından heç kimə pay olmayacaq. Azərbaycanın üçrəngli bayrağı Şuşada, Xankəndində və digər rayonlarımızda dalğalanacaq.”

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər