Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün parlamentlərarası diplomatiyanın əhəmiyyəti vurğulanıb və bir sıra sahələrdə əməkdaşlıq imkanları qeyd edilib. E.Məmmədyarov bu səfərin Azərbaycanla Avstraliya arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini qeyd edib.
Regionda cərəyan edən hadisələrə toxunan E.Məmmədyarov parlamentarilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə digər məsələlərə də toxunulub.
Səxavət