Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Bakıdakı görüşündə Dağlıq Qarabağ münaqişənin nizamlanması məsələsinə toxunulub.
“Başlıca olaraq, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə edilib. Bu münasibətlər çoxistiqamətli və genişdir. Bizim münasibətlərimizin bütün meyarları təfsilatı ilə müzakirə olunub. Dağlıq Qarabağ məsələsinə toxunulub”, - deyə RF Prezidentinin mətbuat katibi bildirib.