1 İyul 2015 16:52
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Federal Parlamentində 20 nəfərdən ibarət Avstraliya-Azərbaycan parlament qrupu yaradılıb. Azərbaycanın Avstraliyadakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hakimiyyətdəki koalisiyaya daxil olan Liberal Partiyadan Lyuk Simpkins qrupun sədri, müxalifətdəki Leyborist partiyasından Alan Qriffin isə sədr müavini seçilib.

Parlament qrupuna Avstraliya Leyborist partiyasının nüfuzlu üzvlərindən Entoni Albanez, Lauri Ferqyuson (Laurie Ferguson), Maykl Denbi, Kler Muur, Uorren Snoudon, Mariya Vamvakinu, hakim koalisiyaya daxil olan Milli partiyanın üzvü Con Kobb və digərləri daxildir.

L.Simpkins, A.Qriffin və C.Kobb bu yaxınlarda Azərbaycana səfər edərək Milli Məclis, Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Dillər Universiteti və ADA Universitetində görüşlər keçiriblər və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər