23 İyul 2015 14:18
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin baş köməkçisi Riçard Hoqlandı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumatda bildirilir.

Görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Hoqland ölkəsinin İpək Yolunun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rola malik olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.

E.Məmmədyarov qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq, Azərbaycan tərəfindən nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda, E.Məmmədyarov Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kəsb etdiyi əhəmiyyəti qeyd edərək, Azərbaycanın tarixi İpək Yolunun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.

Həmçinin görüşdə Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparıldı və qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər