24 İyul 2015 19:06
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Ittifaqının prezidenti Donald Tusk Azərbaycana səfər edib. Səfər çərçivəsində o, ölkə başçısı Ilham Əliyevlə, həmçinin vətəndaş cəmiyyəti instutlarının nümayəndələri ilə görüşüb. Donal Tusk Ilham Əliyevlə görüşdən sonra birgə mətbuatı konfransı keçirib və bir sıra mühüm mesajlar verib.

O, Azərbaycanın dövlət başçısı ilə insan haqları sahəsindəki vəziyyəti müzakirə etdiyini deyib: "Biz insan hüquqları və fundamental azadlıqlara xüsusi əhəmiyyət veririk. Avropa Ittifaqı hesab edir ki, vətəndaş cəmiyyəti sabitlik və çiçəklənmənin əsasıdır. Biz burada insan hüquqları müdafiəçiləri ilə bağlı məsələni müzakirə etdik. Bir sıra hallarla bağlı fikir mübadiləsi apardıq. Hesab edirəm ki, bu bizim qarşılıqlı surətdə faydalı əməkdaşlığımıza xidmət edən məsələ ola bilər. Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik”

Avropalı qonaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib: "Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olmalıdır və bunun alternativi yoxdur: "Biz nəinki hərbi əməliyyat, həmçinin radikal ton, düşmənçilik və ədavətə aparan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar məsələnin həllinə xidmət etmir. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki bizə münaqişə lazım deyil. Ukraynada baş verənlər bu cür siyasət, ideologiya və münasibətin ən açıq nümunəsidir. Ümid edirik ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq”.

Avropa İttifaqı prezidenti Donal Tuskun Bakıya səfəri, keçirdikləri görüşlər və səsləndirdiyi fikirləri şərh edən AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, onun regiona, o cümlədən də Bakıya səfəri bir sıra məsələlərlə bağlı böyük əhəmiyyət daşıyır: Aİ prezidenti bunula regiona marğı olan regional oyunçulara Qərbin müssajlarını çatdırdı. Bu mesaj ilk növbədə o demək idi ki, Avropa Cənubi Qafqazda əsas rol almaqda israrlıdır və burda gedən prosesləri diqqətdə saxlayır. Onun səfəri elə bir dönəmdə gerçəkləşir ki, bir tərəfdə Rusiya Bakı-Supsa neft kəmərinə öz qoşunlarını 50 metr məsafəyədək yaxınlaşır, Ermənistanda daxili böhran ciddi qarşıdurma həddinə çatıb, bölgədə müharibənin yenidən alovlanması təhlükəsi armaqdadır. Eyni zamanda regoina təsir edəcək İranla nüvə anlaşması, beynəlxalq terrorizmin sərhədlərinin genişləndirilməsi və s. qlobal məsələləri də nəzərə alsaq yüksək rütbəli Avropalı rəsminin turnesi barədə mülahizələr daha da aydınlaşar”.

D.Tuskun Bakıda mətbuat konfransında səsləndirdiyi fikirlərə gəlicə, patiya yetkilisi qeyd edib: “Görüşlərdən sonra prezidentlərin yumşaq tonda danışmaları, əvvəlki sərt mövqelərdən çəkilmələri tərəflərin qarşılıqlı əməkdaşlıqda maraqalı olduqlarına işarədir. Lakin Qərbin astagəlliyi və ehtiyatlı yanaşmalarının əksinə olaraq rəsmi Moskvanın postsovet məkanına davakar münasibəti ortadadır”.

“Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli Qərb üçün də o qədər əhəmiyyət kəsb etmir”-deyən, Ə.Orucovun qənaəti belə oldu: “D.Tusk simasında biz qərbin münaqişəyə necə yanaşmasının təkrar şahidi olduq. Onun vurğuladığı kimi, Avropaya həqiqətən də münaqişə, münaqişənin çözülməsi lazım deyil. Hətta, gec-tez torpaqlarımızı işğaldan azad edəcəyimizlə bağlı verilən bəyanatlar da onda narahatlıq yaradır. Halbuki istər BMT qətnamələrində, istər onun Nizamnaməsində, istərsə də beynəlxalq hüquq normalarında və prinsiplərdə bir dövlətin başqa bir dövlətə təcavüzü qadağan edilir, həmçinin sərhədlərin və dövlətlərin suveren toxunulmazlığına təminat verilir. Azərbaycan nədən bu imkanlardan istifadə etməsin? Göründüyü kimi Avropa üçün ancaq strateji, geopolitik, təhlükəsizlik və enerji maraqları prioritetdir. Bu maraqlara hansısa təhlükə yaradacaq amillər qətiyyən yaxına buraxılmır. ATƏT-in Minsk Qrupunun bacarıqsızlığı və həmsədr dövlərlətlərin fəaliyyətlərinin səmərəsizliyi, hətta, cəbhənin təmas xəttində xırda bir atəşkəs pozuntusuna dərhal reaksiyası da məhz burdan qaynaqlanır. Azərbaycan Qərb üçün önəmli ola bilər, amma onun problemlərinin heç bir önəmi yoxdur. Azərbayan Qərbə və ABŞ-a problemsiz lazımdır”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər