21 Avqust 2015 20:19
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması İran üçün çox əhəmiyyətli məsələdir”.

Bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri Mahmud Vaezi deyib.

İranla Azərbaycan arasındakı əlaqələrin gələcəkdə də yüksək templə inkişaf edəcəyini bildirən nazir deyib: “Ümid edirəm ölkələrimiz arasında münasibətlər elə inkişaf edəcək ki, bu, digər qonşu dövlətlərə nümunə olacaq”.

M.Vaezi qeyd edib ki, bu gün əlaqələrimiz ən yüksək səviyyədədir. Buna dövlət başçılarının siyasi iradəsi səbəb olub. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri zamanı əlaqələrin gələcək inkişafı üçün mühüm qərarlar qəbul olunub. Yalnız bu il ərzində müxtəlif rəsmilər və nazirlər 47 qarşılıqlı səfər ediblər. İran Azərbaycanı dost və qardaş ölkə hesab edir. İki dövləti birləşdirən ümumi cəhətlər çoxdur. Xalqlarımızı ümumi mədəniyyət və tarix birləşdirir.

M.Vaezi Azərbaycan iqtisadiyyat və sənaye nazirinin bu yaxınlarda İrana etdiyi səfərə də toxunub. Qeyd edib ki, tərəflər arasında məhsuldar müzakirələr keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər