1 Sentyabr 2015 13:08
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərinin tam siyahısını açıqlayıb.

Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, namizədlərin siyahısı Müsavat Məclisinin avqustun 29-da keçirilən sessiyasında təsdiqlənib.

Seçki qərargahının sədri Gülağa Aslanlı bildirib ki, 70-dən artıq dairə üzrə namizədlərin siyahısı təsdiqlənib. Digər dairələr üzrə namizədlərin dəqiqləşməsi işi də davam etdirilir.

Qeyd edək ki, Müsavatın namizəd siyahısında diqqətçəkən bir neçə ad da var. Müsavatda gənclərin əsas lider kimi tanıdığı Tural Abbaslı “Ağ blok” yaradaraq, faktiki olaraq partiyadan ayrı fəaliyyət göstərir. O, namizəd siyahısında yer almasa da, T. Abbaslının anası Başxanım Abbaslı Müsavatın deputatlığa namizədidir. T.Abbaslı daha öncə Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyasının namizədləri siyahısı başqan Arif Hacılının maraqları əsasında hazırlanıb. Bundan başqa, Müsavat üzvü olmayan Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov da siyahıda yer alıb. Siyahıda Arif Hacılının qardaşı Mustafa Hacılı da var.


Müəllif: