14 Sentyabr 2015 12:28
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar iclası başlayıb.

Teleqtaf.com xəbər verir ki, spiker Oqtay Əsədov Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qərəzli addım atıb: "Qanunvericiliyə uyğun olaraq, 49 deputat mənə müraciət edib və fövqəladə toplantı təyin edilib. Azərbaycan parlamenti Avropa parlamentinin ölkəmizə qarşı qərəzini bir neçə dəfə ortaya qoyub. Mən hələ məhkəmə proseslərini bir kənara qoyuram. Hər dəfə Avroparlament Azərbaycana qarşı qərəzli qətnamə qəbul edəndə çalışmışıq ki, münasibətimiz balanslı olsun. Ancaq hər dəfə qərəzin şahidi oluruq. Mən Avroparlamentin 10 sentyabr iclasını Ziyafət Əsgərov və digər həmkarlarımla canlı izləmişəm. Adətən, Azərbaycana qarşı qətnamə qəbul ediləndə 40-50 deputat iştirak edirdi. Ancaq bu dəfə 635 deputat iştirak edib. Çalışıblar ki, çox deputat iştirak etsin. Həmin iclasda Avropa Komissiyasının xarici əlaqələr komissarı söz alıb dedi ki, prosedur pozulub, bu məsələ ilk öncə komitələrdə müzakirə olunmalıdır. Əks halda biz Azərbaycanı itirə bilərik. Ancaq ondan dərhal sonra vitse-spiker çıxış etdi və elan etdi ki, məsələ müzakirə olunmalıdır. Daha sonra iki deputat da çıxış edərək durumun dəyişməsinə qarşı çıxdılar. Sonradan araşdırmamız zamanı bəlli oldu ki, həmin iki deputat Dağlıq Qarabağda olub, qondarma prezidentlə görüşüb”.

Spiker qeyd edib ki, Avropa Parlamentinin sədri Şultsa müraciət edib: “Jurnalist Rasim Əliyevin məişət zəmində öldürülməsini siyasi qətl kimi təqdim edirlər. İclasda qətnamə əlıeyhinə 202 deputat səs verib. Korrupsiyaya bulaşan lobbiçilərin tərisi özünü göstərir. Əsində bu qərar Avropa Parlamentinin öz imicinə zərbə vurur. Biz dəfələrlə görmüşük ki, Azərbaycanda mühüm tədbirlər zamanı belə qətnamələr veririlir. Bu təsadüfi deyil. İndi qəbul edilən qətnamə də təsadüfi hesab oluna bilməz. Bildiyiniz kimi qarşıdan parlament seçkiləri gəlir. Azərbaycan dövləti beynəlxalq standartlara uyğun seçkilər keçirir, bütün beynəlxalq qurumlara müraciət edib ki, seçkiyə müşahidəçi göndərsin. Qətnamədə üzv dövlətlərə çağırış edilir ki, müşahidəçi göndərilməsin. Seçki keçməmiş legitimlik məsələsini gündəmə gətirirlər. Seçkinin legitimliyini xalq ortaya qoya bilər. Azərbaycan parlamenti olaraq biz daima beynəlxalq əlaqələrdə işlər görmüşük, münasibətlərin inkişaf etdirilməsinə çalışmışıq. Avronest Parlament Assambleyasına daxil olduq. Biz bu təşkilatlara daxil olanda qeyd edirdilər ki, bu, Avropa Parlamenti ilə əməkdaşlıq üçün bir meydandır. Avronestdə 60 deputat Avropa Parlamentindən, 60 deputat isə üzv olan 6 ölkədən təşkil edilib. Ancaq bu günə qədər Avronestdə Dağlıq Qarabağla bağlı bir sənəd imzalada bilmədik. Mən özüm də fikirlıəşirəm ki, bu təşkilatda qalıb-qalmamaq haqqında düşünməliyik. Bu təşkilat istədiyi zaman toplantı keçirib qətnamə qəbul edir. Bildiyiniz kimi əməkdaşlıq sənədinə Nazirlər Kabineti də qol çəkib. Biz Nazirlər Kabinetinə tövsiyə etməliyik ki, Şərq Tərəfdaşlıq Proqramını yenidən gözdən keçirsin. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir, təzyiqlər də buna görədir. Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Azərbaycanda xalqla iqtidar arasında sarsılmaz vəhdət var. Biz möhtərəm prezidentin ətrafında sıx birləşəcəyik və bütün bu hücumları dəf edəcəyik”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər