19 Oktyabr 2015 12:09
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 saylı Xətai üçüncü Seçki Dairəsində deputatlığa namizəd İqbal Ağazadənin görüşünə gətirilən vətəndaşlar onlara vəd olunan pulu almayınca etiraza qalxıblar. Teleqraf.com xəbər verir ki, bu barədə Türk-slavyan hərəkatının lideri, politoloq və həmin dairədən deputatlığa namizəd Adıgözəl Məmmədov məlumat verib.

A.Məmmədov qeyd edir ki, dünən onun seçicilərlə görüşü olub: "Təyin olunmuş görüş yerinə gəldikdə gördüm ki, İqbal Ağazadənin də orada tədbiri var. İqbal Ağazadə ilə görüşə Fizuli rayon sakinləri olan həmkəndliləri cəlb olunmuşdu. İqbalın adamları insanları avtobusla daşıyıb gətirmişdilər. Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Fotolara baxmaq kifayətdir ki, fakt təsdiqlənsin. Yəqin ki, müvafiq strukturlar məsələni araşdıracaqlar. Sual olunur, İqbal bəy, yaxşı olmazdı ki, namizədliyinizi elə Fizuli rayonundan verərdiz?".

A.Məmmədov bildirir ki, akt-zalının qarşısında qarışıqlıq onun seçicilərinin zala daxil olmasına belə mane olurdu: "Qəribə mənzərə yaranmışdı. “Bəxtiyar” filmindəki kontrabasçı sayağı bəziləri “pullarımızı kim verəcək” deyərək İqbalın adamların axtarırdılar. Sanki bir komediya yaşanırdı. İqbal bəy isə 90-cı illərə xas olan tərzdə - zalın çölündə səkinin üstündə çıxış edərək tez-tez “mənim xalqım” deyə hayqırırdı. Sonra o, tez avtomobilə minib gözdən itdi. Amma görüşə gətirilənlər isə İqbalın adamlarını axtarırdılar ki, onlara vəd olunan vəsaiti alsınlar".

Ayxan


Müəllif:

Oxşar xəbərlər