24 Mart 2016 13:27
2 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-də vəfat edən və ertəsi gün dəfn olunan xalq yazıçısı Maqsud İbrahimbəyovun yolasalma mərasimində mərhumun qardaşı, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov da iştirak edib.

Rüstəm İbrahimbəyov 2013-ü ildə müxalifət qüvvələrinin yaratdığı Milli Şuranın sədri olub, prezidentliyə namizədliyini irəli sürülüb. Bundan sonra isə Moskvaya gedib və həbs təhlükəsi mülahizələri ilə bir daha Azərbaycana qayıtmayıb.

Naqolay vəziyyətə düşən Milli Şura özünə yeni rəhbər və prezidentliyə namizəd kimi Cəmil Həsənlini seçməli olub. Müxtəlif zamanlarda edilən çağırışlara baxçayaraq Rüstəm İbrahimbəyov 2013-cü ilin əvvəlindən Azərbaycana ayaq basmayıb. Prezident seçkiləri başa çatandan sonra Müsavat Partiyası da daxil olmaqla əksər qüvvələr Milli Şuranı tərk ediblər.

Teleqraf.com-un məlumatına görə Rüstəm İbrahimbəyovun Bakıya gəlişi müxalifət düşərgəsinin siyasi dəyərləndirmələrində birmənalı qarşılanmayıb. Əsasən Müsavat Partiyası üzvləri və Milli Şuradan istefa verənlər tənqidi səslərini yüksəldiblər. İttihamlara Milli Şuranın bəzi üzvləri də dəstək ifadə ediblər.

Milli Şura üzvü Samir Əsədli bəyan edib ki, Rüstəm İbrahimbəyovun quruma nə sədr, nə fəxri sədr, nə də prezidentliyə namizəd olmasına səs verib: “Təşəbbüs Qrupu onun namizədliyini irəli sürəndə də əleyhinə səs verdim.

Seçki vaxtı xalqın yanına, Milli Şuranın çağrışına gəlmədi, amma ömrü boyu müxalifəti söyən qardaşının yasına gəldi. Rüstəm İbrahimbəyov hələ də Milli Şuranın fəxri sədri olaraq qalır. Fikrimcə, səmimiyyət olmayan yerdə qalibiyyət də ola bilməz”.

Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı isə vaxtı ilə Rüstəm İbrahimbəyovun Bakıya gəlməsi məsələsinin az qala lətifəyə çevrildiyinə işarə edərək “Rüstəm İbrahimbəyov bu dəfə Bakıya gələcək, ya gəlməyəcək” sualı ilə diqqəti bu məqamın üzərinə çəkib.

Orxan Məmmədov adlı gənc siyasi fəal bəyan edib ki, Rüstəm İbrahimbəyovu heç vaxt müxalifətçi və ciddi siyasi fiqur hesab edilməyib.

İbrahimbəyovu müdafiə edən Milli Şura üzvləri də olub. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı qeyd edib ki, dünən yediyini bu gün unudanlara bir xatırlatma etmək istəyir: “Rüstəm İbrahimbəyov VHP-nin qərərgahında yekdilliklə Milli Şuranın sədri seçilib. Əleyhinə olan, bitərəf qalan olmayıb.

Prezidentliyə Milli Şuranın vahid namizədi kimi də yekdilliklə seçilib. Bircə nəfər bitərəf qalıb, o da mən olmuşam. Qardaşının yasına gəlməsini alqışlayıram. Bəzi mentalitet güruhçularına tutarlı cavabdır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər