Almaniya XİN Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya XİN-dəki mənbədən bildirilib.
Mənbənin bildirdiyinə görə, burada söhbət atəşkəs rejiminin möhkəmləndirilməsindən və münaqişənin dialoq, etimad quruculuğu, stabilləşdirmə tədbirləri əsasında sülh yolu ilə tənzimlənməsindən gedir.
Mənbə qeyd edib ki, regiondakı hazırkı status kvo uzunmüddətli perspektivdə davamlı deyil və münaqişənin ömrü nəzərə alınarsa, təmas xəttində və sərhəddə zorakılığın artması riski çoxalır.
“Almaniya xarici işlər naziri ATƏT-ə sədrliyindən irəli gələn səlahiyyətlərindən geniş şəkildə istifadə edəcək”,-deyə Almaniya XİN-dəki mənbədən bildirilib.