Moldovada təhsil alan tələbələr tərəfindən “Şəhidlər ölməz, vətən bölünməz”, “Qarabağ bizimdir, bizim olacaq”, “Stop Armenian Aggression”, “Просим Международные организации остановить Армянскую оккупацию территорий Азербайджана”, “Erməni zorakılığına son”, “İşğala son”, “Qarabağ Azərbaycanındır” şüarları ilə Kişineu şəhərinin mərkəzində yerləşən “Ştefan çel Mare” parkında, daha sonra isə Ermənistanın fəxri konsulluğu önündə nümayiş keçirilib.
Azərbaycanın Moldovadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, azərbaycanlı tələbələrə dəstək məqsədilə Türkiyə tələbə cəmiyyətinin üzvləri, moldovalı tələbələr və Moldovada yaşayan azərbaycanlılar da aksiyaya qatılıblar.
İki saat davam edən nümayiş yerli əhali tərəfindən çox böyük maraqla qarşılanıb və dəstək qazanıb.
Səxavət