"Qazaxıstanın şimalında baş verən hadisələr barədə ziddiyyətli məlumatlar var. Daxili İşlər Nazirliyi bildirir ki, olayların arxasıda sələfilər dayanır. MTN bəyan edir ki, hadisələrin orxasında Rusiya ilə sıx bağlı və keçən ilin sonundan həbsdə olan Şimkənd pivə zavodunun sahibi Teluşev bunun arxasında durur. O, çox qaranlıq adamdı. Bəziləri son hadisələrin arxasında Qərbin olduğunu iddia edir. Amma sosial şəbəkələrdə aktiv və populyar olan qərbmeyilli politoloqlar birmənalı tam əksini deyir".
Teleqraf.com xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti Fuad Çıraqov son günlər Qazaxıstanda baş verənləri şərh edərkən bildirib.
F.Çıraqovun sözlərinə görə, 1986-cı ildə Qarbaçovun qərarı ilə Qazaxıstan Kommunist Partiyasının birinci katibi Kunayev istefaya göndərilir və yerinə heç bir zaman bu ölkədə çalışmamış milliyyətcə rus Qennadiy Kolbin təyin edilir: "Buna etiraz edən qazax gəncləri küçələrə çıxaraq etirazlara başlayır. SSRİ rəhbərliyi etirazları yatırmaq üçün Qazaxıstana 50.000 minlik ordu yeridir. Etirazların yatırılması prosesində bəzi məlumatlara əsasən 150-yə yaxın insanın həyatını itirməsi göstərilir. Kolbin bu vəzifədə 1989-cu ilə qədər qala bilir və onun yerini indiki prezident Nazarbayev tutur. Əslində o zaman SSRİ rəhbərliyini Qazaxıstana qazax olmayan bir şəxsin birinci katib təyin edilməsinə cəsarətləndirən maraqlı bir demoqrafik səbəb var idi. Belə ki, 1989-cu ilin statistik göstəricilərinə görə qazaxların sayı ölkələrində cəmi 39% idi, Nazarbayevin hakimiyyətdə olduğu illərdə isə bu rəqəm artıq 66,48% (2016) çatıb.
Yəni, bir zamanlar öz ölkələrində azlıqda olan qazaxlar Nazarbayevin hakimiyyəti illərində uzaqgörən, ağıllı və səbirli siyasətlə vəziyyəti öz xeyirlərinə dəyişə biliblər. Bunun üçün müxtəlif vasitələrdən istifadə edilib, məsələn, oralman adlanan siyasətlə ölkədən kənarda Monqolustanda, Türkiyədə, İranda və başqa ölkədə yaşayan qazaxlar ölkəyə köçürülmüşdür. Qazaxların öz torpaqlarında saylarının bu cür az olmasının səbəbi rus imperiyasının bölgəyə köçürmə siyasəti, yerli əhalinin fiziki qırılması, aclıq, kütləvi ruslaşdırma və s. idi. Bütün bunlara görə, Nazarbayevi keçmiş sovet məkanında ən çox pərəstiş etdiyim müdrik, uzaqgörən əsl 1-2 həqiqi liderdən biri hesab edirəm. O, boşboğaz populist siyasətçilərdən deyil, ruslar demişkən həqiqətən "человек старой закалки" deyilənlərdən biridir. Onun simasında mən ancaq ən yaxşı mənasında çöl qurdunun ağlını, səbrini və hiyləgərliyini görmüşəm ki, ancaq bu cür xüsusiyyətlərə malik birisi bu xalqı və ölkəni 1990-cı illərin əvvəllərindəki və sonrakı dövrlərdə olan bəlalardan və təhlükələrdən sovuşdurub bugünlərə gətirə bilərdi".
F.Çıraqov qeyd etdi ki, müstəqillik illərindən sonra Nazarbayev uzaqgörənlik və müdrikliklə hərəkət edərək ölkəni tam fəlakətə aparacaq açıq qarşıdurmadan yayındırdı və vəziyyəti zamanla və siyasətlə qazax xalqının xeyrinə dəyişməyə çalışdı və yuxarıdakı ancaq demoqrafiyadakı fərq nailiyyətin sadəcə bir göstəricisidir: "O, əzilmiş, rusların yuxarıdan aşağı baxdığı, vəhşi hesab etdiyi və zəlil hala salınmış qazaxlardan yeni tipli insanlar yaratmağa çalışdı və buna da nail oldu. ABŞ və Avropa universitetlərində olanlar aullarından olan təkcə ali təhsil üçün deyil, adi dil kurslarına göndərilən qazaxların sayları barədə sizə deyə bilərlər. SSRİ dağılan ərəfədə isə Qazaxıstanda əsasən ruslar yaşayan şimal bölgələrdə isə həqiqətən Qarabağdan da böyük problemlərin yaranması üçün bütün şərait vardı və bu istiqamətdə addımlar da atılırdı. Nazarbayev bütün bunların qarşısını ala bildi.Bu günlərdə Qazaxıstanın şimalında baş verən hadisələr barədə hamınız eşitdiniz. Ziddiyyətli məlumatlar aldıq. Daxili İşlər Nazirliyi dedi ki, sələfilərdi. Təhlükəsizlik orqanı dedi ki, Rusiya ilə sıx bağlı və keçən ilin sonundan həbsdə olan Şimkənd pivə zavodunun sahibi Teluşev bunun arxasında durur. Çox qaranlıq adamdı. Maraqlı konspiroloji də olsa bir məqamdır. Mayın 20-də tass agentliyi məlumat yaydı ki, Rusiyanın Orenburq vilayəti hökumətinin vebsəhifəsini hakerlər ələ keçiribmiş və səhifədə Qazaxıstanın şimalında vəziyyətin gərginləşməsi ilə bağlı vilayət hökumətinin təcili iclasının keçirilməsi ilə bağlı məlumat yerləşdirilibmiş. Bəziləri son hadisələrin arxasında Qərbin olduğunu iddia edir. Amma sosial şəbəkələrdə aktiv və populyar olan qərbmeyilli politoloqlar birmənalı tam əksini deyir".
Ekspertəgörə, Nazarbayev artıq yaşlanıb, onu layiqincə əvəz edə biləcək birisini tapmaq isə çox çətindir.
Ayxan