Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Teleqraf.com-un məlumatına görə, təmsilçimiz "Kəpəz" səfərdə Avstriyanın "Admira" klubu ilə qarşılaşıb.
Oyunun taleyini bir qol həll edib. 41-ci dəqiqədə avstriyalı futbolçunun vurduğu qol yeganə olub - 1:0.
Cavab görüşü iyulun 20-də Bakıda keçiriləcək.