Ukrayna millisinin keçmiş forvardı Andrey Şevçenko millinin baş məşqçisi təyin edilib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko iyulun 15-də elan edib.
O bu vəzifədə Mixaylo Fomenkonu əvəz edib.
39 yaşlı Shevchenko 1995-2012-ci illərdə Ukrayna millisində keçirdiyi 111 görüşdə 48 qolla rekord vurub.
O peşəkar karyerasına 1994-cü ildə “Dinamo Kiyev” klubundanbaşlayıb.
Şevçenko həmçinin İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında oynayıb.