14 Avqust 2016 01:57
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 13-də futbol üzrə Türkiyə Super Kuboku uğrunda İstanbulun iki komandası qarşılaşıb.

Teleqraf.com xəbər verir ki, futbol üzrə ölkə çempionatının hazırki qalibi “Beşiktaş” ilə Türkiyə Kubokunun sonuncu sahibi “Qalatasaray” üz-üzə gəlib.

Gərgin keçən oyunun əsas vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün əlavə hissə oynanılıb. Əlavə vaxtda komandaların hər biri qapılarında bir qol görüblər. Lakin hər iki qol “Qalatasaray” futbolçularının aktivinə yazılıb. Belə ki, matçın 100-cü dəqiqəsində “Qalatasaray” hesabda irəli çıxıb. Sneyderin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən sonra Hakan Balta başla dəqiq oynayaraq topu qapıya göndərib - 1:0.

Lakin “Beşiktaş” futbolçuları 107-ci dəqiqədə oyunda tarazlığı bərpa ediblər. Olcay Şahanın sağ cinahdan rəqib komandanın cərimə meydançasına ötürməsindən sonra Quareşmanın başla vurduğu top Çedjouya toxunaraq qapıdan keçib – 1:1. Qalan dəqiqələrdə hesab dəyişməyib.

Qalibi müəyyən etmək üçün qapılara 11 metrlik cərimə zərbələri seriyası təyin olunub. Bu mərhələdə daha dəqiq oynayan “Qalatasaray” komandası 3:0 hesabı ilə qalib gələrək Türkiyə Super Kubokuna sahib olub.

Beləliklə, 16-cı dəfə Super Kuboku qazanan “Qalatasaray” bu göstərici üzrə ölkə futbolunda rekord nəticəyə nail olub.


Müəllif:

Oxşar xəbərlər