Belarusun Orşa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız heç-heçə edib - 2:2.
Yığmamızın qollarını Merve Özdemir və Çağla Miray vurub.
Xatırladaq ki, millimiz bundan əvvəl yoxlama oyununda Belarusa 0:1 hesabı ilə uduzmuşdu.