5 Oktyabr 2016 17:50
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Çexiya milli komandaları arasında keçiriləcək matça hakim təyinatları müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, UEFA oktyabrın 11-də baş tutacaq qarşılaşmanı sloveniyalı hakimlər briqadasına həvalə edib.

Ostrava şəhərində keçiriləcək görüşdə baş hakim Matey Yuq olacaq. Ona Tomaş Klançnik və Manuel Vidali kömək edəcəklər. Matçda 4-cü hakim funksiyasını Mitya Zqaneç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Ostrava şəhər stadionunda oynanılacaq matç saat 22:45-də başlanacaq.


Müəllif:

Oxşar xəbərlər