12 Oktyabr 2016 01:54
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dopinq istifadə etdiyi üçün Beynəlxalq Tennis Federasiyası (ITF) tərəfindən 2 illik cəzalandırılan rus tennisçi Mariya Şarapova qərardan apelyasiya şikayəti vermiş və Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) cəzanı 15 aya endirmişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cəzası davam edən 29 yaşlı tennisçi bu il korta ilk dəfə ABŞ-ın Las Veqas şəhərində keçirilən xeyriyyə turnirində çıxıb.

O, komanda yarışında 16 yaşlı amerikalı tennisçi Teylor Consonla birlikdə mübarizə aparıb. Şarapova uzun fasilədən sonra çıxdığı ilk oyununda məğlub olub.

Turnir ingilis müğənni Elton Con və amerikalı keçmiş tennisçi Billi Cenin təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, Şarapovanın cəzası 26 aprel 2017-ci ildə bitəcək və həmin tarixdən sonra rəsmi turnirlərə qatıla biləcək.





















Müəllif:

Oxşar xəbərlər