18 Oktyabr 2016 18:18
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə xəttində problemlər yaşayan Dortmund “Borussiya”sı daha bir türkiyəli futbolçunu heyətinə qatır.

Teleqraf.com xəbər verir ki, Türkiyə millisi və eləcə də “Bayer”in mərkəz müdafiəçisi olan Ömər Toprak dortmundlularla anlaşıb.

Bu transferlə bağlı klublar arasında artıq razılıq əldə edilib. Razılaşmaya əsasən, “Borussiya” leverkuzen təmsilçisinə 12 milyon avro ödəyəcək. Qış transfer müddətində yeni komandası ilə 4 illik müqaviləyə qol çəkəcək 27 yaşlı futbolçunun bu vaxt ərzində məvacibi ümumilikdə 25 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Türkiyə millisinin daha iki futbolçusu - Nuri Şahin və Əmrə Mor da hazırda “Borussiya”nın formasını geyinir.


Müəllif:

Oxşar xəbərlər