AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” futbol akademiyasının komandaları 10 matçda qüvvəsini sınayıb.
Onlar bu görüşlərin 9-da qalib gəlib, birində heç-heçə ilə kifayətlənib. U-17 mövsümdə ilk xal itkisi ilə üzləşib. Komanda “Zirə” ilə ev oyununda 1 xalla kifayətlənib – 0:0.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-13 ardıcıl 2-ci qələbəsini əldə edib. “Qırmızı-qaralar” “Zirə”ni 2 cavabsız qolla keçib.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "qəbələ" bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında “Qəbələ” “Kürmük”ü 8:0, UGİM Oğuz UGİM-ini 2:1 hesabı ilə məğlub edib. Hər iki komanda 3 turdan sonra 9 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM Oğuz UGİM-ini 9:0, “Qəbələ” “Balakən”i 14:0 hesabə ilə üstələyib.