12 Noyabr 2016 09:38
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il Dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin bu gün daha 9 oyunu keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, "D", "G" və "İ" qruplarında yer alan komandalar çıxış edəcək.

Yeddi xalla "D" qrupunda ilk iki pilləni bölüşən İrlandiya və Serbiya yığmaları səfərdə qüvvələrini sınayacaq. İrlandiya Avstriyanın, Serbiya isə Uelsin qonağı olacaq. Aktivində 5 xal olan Uels qələbə qazanacağı təqdirdə qrup birinciliyinə qədər yüksələ bilər. Bunun üçün İrlandiya Avstriya səfərindən xalsız dönməlidir. Qrupun digər oyununda Gürcüstan qrup sonuncusu Moldovanı qəbul edəcək.

"G" qrupunda da demək olar ki, eyni vəziyyətdir. İspaniya və İtaliya yığması hərəyə 7 xalla ilk iki pilləni bölüşür. İspaniya xalsız Makedoniyanı qəbul edəcəksə, İtaliya digər xalsız komanda Lixtenşteyn səfərində meydana çıxacaq. Hərəyə 6 xal olan Albaniya və İsrail yığmaları da öz aralarında qalibi müəyyənləşdirəcək.

"İ" qrupunun liderini müəyyənləşdirəcək oyunda Xorvatiya və İslandiya yığmaları üz-üzə gələcək. Komandaların aktivində 7 xal var. Azərbaycanda kifayət qədər azarkeşləri olan Türkiyə yığması isə geri dönüş etmək və uğursuzluq zolağından çıxmaq üçün Kosovanı sınağa çəkəcək. Qrupun digər oyununda isə Ukrayna və Finlandiya komandaları qarşılaşacaq.

12 noyabr

D qrupu

21:00. Gürcüstan - Moldova
21:00. Avstriya - İrlandiya
23:45. Uels - Serbiya

G qrupu

23:45. Lixtenşteyn - İtaliya
23:45. Albaniya - İsrail
23:45. İspaniya - Makedoniya

İ qrupu

21:00. Türkiyə - Kosovo
21:00. Xorvatiya - İslandiya
23:45. Ukrayna - Finlandiya


Müəllif:

Oxşar xəbərlər