Avropa Liqasının qrup mərhəlsində "Slovan"la qarşılaşacaq "Qarabağ" Çexiyaya yola düşüb.
Teleqraf.com xəbər verir ki, Ağdam klubu artıq Praqaya çatıb. Komanda burdan oyunun keçiriləcəyi Liberets şəhərinə yola düşüb.
“Slovan” - “Qarabağ” matçı noyabrın 24-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.