23 Aprel 2014 10:15
2 671
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il dünya çempionatına ev sahibliyi edəcək Qətər FİFA-nı aldadıb.

Teleqraf.com xəbər verir ki, yarışı keçirmək hüququ qazanmamışdan öncə 12 stadion tikəcəyinə söz verən ərəb ölkəsi fikrini dəyişib.

Qətərin 12 deyil, 8 stadion tikəcəyi bildirilir. Ölkə rəsmiləri açıqlama verməkdən yayınaraq, ancaq tikiləcək stadion sayı ilə bağlı mübahisələr olduğunu bildirməklə kifayətləniblər.

Qeyd edək ki, həddən artıq isti iqlimi səbəbindən turnirin keçirilməsi hüququnu qazanmamışdan öncə və sonra tənqid edilən Qətər, stadionların sərinlədilməsi üçün bütün tədbirlərin görüləcəyini bildirmişdi. Yeni stadionlar, təhlükəsizlik sistemləri və hava limanları üçün 200 milyard dollar xərclənəcəyinə də söz verilmişdi. Amma yarışın keçirilməsi hüququnu əldə edəndən sonra stadionların tikintisində çalışan minlərlə insanın təhlükəsizlik problemi yaşanır və onlarla insan tikinti zamanı həyatını itirib. Bu səbəbdən də dünya çempionatının Qətərdən alınması tələbi daha tez-tez səslənməyə başlayıb.


Müəllif:

Oxşar xəbərlər