8 Yanvar 2017 14:56
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin tərkibində “Avro-2016”nın qalibi olan Rikardo Karvalyo böyük ehtimalla karyerasını Çində davam etdirəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 38 yaşlı Andre Villa-Boaşın rəhbərlik etdiyi “Şanxay SİPQ”də məşqlərə başlayıb. Onun bu klubla müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, Rikardo Karvalyonun son klubu “Monako” olub. Buna qədər o, “Portu”, “Çelsi” və “Real” kimi komandalarda çıxış edib.


Müəllif:

Oxşar xəbərlər