Antalyada təlim-məşq toplanışında olan Bakının “Neftçi” futbol klubu növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək.
Klubdan AZƏRTAC-a bildiriblər ki, rəqib Özbəkistanın "Nasaf” komandası olacaq. “Bellis Deluxe” otelinin meydançasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb və görüşdə hesab açılamyıb.