"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komandabu günü bir məşqlə yekunlaşdırıb. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 12:00) start götürən hazırlıq fitnes zalında keçirilib və təxminən 60 dəqiqə davam edib.
Futbolçular daha çox bərpaedici hərəkətlərə üstünlük verib.