7 Fevral 2017 13:11
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Teleqraf.com AFFA-nın saytına istinadla xəbər verir ki, İK Topaz Premyer Liqanın 17-ci turunda aş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının XVI turunun AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində AZAL klubunun futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının XVI turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 5, “Kəpəz” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.

Oyunun 28-ci dəqiqəsində “Zirə” klubunun futbolçusu Meza Kolli və oyunun 90+3-cü dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanıb, klublar 1600 manat cərimə olunub.


Müəllif: