26 Fevral 2017 00:37
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya" futbol üzrə Almaniya çempionatının 22-ci turunun ev oyununda Hamburq üzərində 8:0 hesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, matçda Arturo Vidal (17-ci dəqiqə), Robert Levandovski (24, 42, 54), David Alaba (56), Kinqsli Koman (65, 69) və Aryen Robben (87) fərqlənib.

Bu, münhenlilərin rəhbəri Karlo Ançelottinin məşqçilik karyerası ərzində 1000-ci matçı olub.
“Bavariya” turnir cədvəlində 53 xal ilə liderliyini davam etdirir, "Hamburq" 20 xal ilə 16-cıdır.


Müəllif: