28 Fevral 2017 19:00
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının “Azərreyl” komandası qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, Bakı təmsilçisi Polşada “Sentrum Arena”da yerli “Dabrova Qornitsa” komandasının qonağı olacaq.

Görüşün baş hakimi rusiyalı Nadejda Kozlova olacaq. Ona estoniyalı həmkarı Toomas Murulo kömək edəcək.

“Azərreyl” komandası növbəti mərhələyə vəsiqəni təmin etmək üçün oyunda 3:0 hesablı qələbə qazanmalıdır.


Müəllif:

Oxşar xəbərlər