Bu gün Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 22-ci tura start verilib.
Teleqraf.com-un xəbərinə görə, bu gün iki oyun keçirilib. Turun digər oyunları isə sabah olacaq.
“İnter” - “Sumqayıt” – 2:3
Qollar: Ceyhun Muxtarlı, 3; 21 // Ricat Qarayev, 38 (avtoqol); Fərhad Qıstarov, 54; Tural Bayramlı, 85
“Kəpəz” - “Zirə” – 1:1
Qollar: Fərid Məmmədov, 6 // Vəzir Musayev, 88
21 oyundan 44 xalı olan “Qəbələ” 1-ci, hərəyə 41 xal yığan “Qarabağ” və “Neftçi” müvafiq olaraq 2-3-cü yeri tuturlar.