AFFA-nın təklifini qəbul edərək Azərbaycan millisində oynamağa razılıq verən Renat Dadaşov bu gün U-19 komandaları arasında keçirilən Almaniya çempionatında het-trik edib.
Teleqraf.com-un xəbərinə görə, o, komandası “Ayntraxt”ın “Stuttqarter”ə qarşı matçdakı (5:1) qələbəsində böyük pay sahibi olub. Renat 17, 45 və 49-cu dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, 17 yaşlı futbolçumuzun komandası 21 turdan sonra 27 xalla 8-ci yeri tutur.