Uelslə oyun zamanı İrlandiya yığmasının kapitanı Şeymus Koulman ciddi zədə alıb.
Teleqraf.com xəbər verir ki, DÇ-2018 çərçivəsində baş tutan qarşılaşmada uelsli Nil Teylorun sürüşmə fəndindən sonra irlandiyalı müdafiəçinin ayağı qırılıb.
O dərhal xəstəxanaya çatdırılıb, Teylor isə bu hərəkətinə görə qırmızı vərəqə alıb. Koulmanın uzun müddət yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.
Uels-İrlandiya qarşılaşması qolsuz heç-heçə ilə başa çatıb.
Samir