Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyuna çıxacaq.
Teleqraf.com-un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız qrup lideri olan Almaniya millisini qəbul edəcək.
Qrupda keçirdiyi 4 oyunun hamısında qalib gələn almanlar qapısını toxunulmaz saxlamağı da bacarıb.
Alman yığmasının Bakıya 3 xal dalınca gəlməsi şübhəsizdir. Aktivindəki 7 xalla Şimali İrlandiya ilə 2-3-cü yerləri bölüşən milli komandamız isə güclü rəqibinə qarşı layiqli mübarizə aparmağa çalışacaq.
Oyun bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq.
Hakimlər: Daniele Orsato, Mauro Tonolini, Rikkardo di Fiore, Marko Quida (hakimlər briqadası İtaliyadandır).