26 Aprel 2017 01:13
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirinə yekun vurulub.

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirinə yekun vurulub.

Teleqraf.com xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmalar baş tutub. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb. “Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub. "Qəbələ"nin qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib - 1:1, pen. 4:2. 3-cü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub - 0:0, 5:4. 7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqrebdən olan həmklublarına 3:1 hesabı ilə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər