Teleqraf.com xəbər verir ki, mayın 22-dək davam edəcək yarışda ölkəmizin idman şərəfini 10 boksçu qoruyacaq.
Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc boksçulara da şans verəcək. Titullu boksçularımız arasında dünya çempionlarımız Cavid Çələbiyevlə Məhəmmədrəsul Məcidov, Avropa çempionatının və Avropa Oyunlarının qalibi Teymur Məmmədov, Bakı 2015-in bürünc medalçısı Tayfur Əliyev, Rio-2016-nın üçüncüsü Kamran Şahsuvarlı da yer alıb.
Azərbaycan millisinin heyəti aşağıdakılardır: Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq).
Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə, yarışlarda 8 qadın və 8 kişi atlet çıxış edəcək.
Qadınların mübarizəsində Mərziyyə Məhərrəmova (48 kq), Səbinə Əzimova, Gülçin Əlizadə (hər ikisi 53 kq), Firuzə İbrahimova (58 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli, Fidan Hüseynzadə (hər ikisi 69 kq), Xumar Məmmədova (+90 kq) iştirak edəcək.
Kişilərin yarışına isə Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Əfqan Bayramov (77 kq), Ceyhun Tağızadə, Kamran İsmayılov (hər ikisi 85 kq), Rövşən Fətullayev, Nailxan Nəbiyev (hər ikisi 94 kq), Azər Məmmədli (+105 kq) qatılacaq.
Qeyd edək ki, boksçular “Bakı Kristal Zal-2”də yarışacaq, ağırlıqqaldıranlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında körpücük üzərinə çıxacaqlar.
Nərgiz