5 May 2017 22:10
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oyun gərgin başladı. Hər iki komanda başabaş mübarizə apardı. “Qarabağ”ı dəstəkləmək üçün bura gələn azarkeşlərimizi təbrik edirəm".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan kubokunun finalında "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Naxçıvan əhalisinin dəstəyi, ab-hava əla idi. Təşkilatçılığa görə Vasif Talıbova minnətdarlığımı bildirirəm" - deyə o bildirib.

T.Gözəl "Qarabağ"ın tarix yazdığını vurğulayıb: "Oyunun ikinci hissəsində temp yüksəldi. Komandamızın ikinci qolundan sonra rahatlaşdım. Hesab edirəm ki, “Qarabağ” bu gün tarix yazdı. Azərbaycanda ilk dəfədir ki, bir komanda ardıcıl 3 mövsüm “qızıl dubl” edir. Bu, böyük bir tarixdir, nailiyyətdir”.

"Qarabağ"ın vitse-prezienti bundan sonrakı hədəflərinin Çempionlar Liqasında uğurlu iştirak olduğunu bildirib: "Üç dəfə qapını döymüşük, alınmayıb. Həmişə də qapını döyəcəyik. Avropa qarşısında ciddi bir komanda görəcək. Baş məşqçimizə transfer seçimlərində uğurlar arzu edirəm. İnanıram ki, ən uğurlu oyunçuları seçəcək. Hədəfimiz Qarabağın adını idmanda sülhsevər kimi tanıtmaqdır”.


Müəllif:

Oxşar xəbərlər