Teleqraf.com xəbər verir ki, ilk yarış günündə halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsi baş tutub.
Ümumilikdə 14 qadın idmançı arasında Azərbaycanı Zöhrə Ağamirova, Jalə Piriyeva və Marina Durunda təmsil edib. Durunda halqa ilə 16,750 xal, topla 16,200 xal toplayıb. Piriyevada bu göstərici müvafiq olaraq, 16,300 xal və 16,000 xal, Ağamirovada 14,300 xal və 14,950 xal olub. Durunda və Piriyeva hər iki hərəkətdə ilk 2 yeri tutaraq, finala yüksəliblər. Onlar halqa ilə 33,050 xal, topla 32,200 xal qazanıblar. Azərbaycan isə ümumi nəticədə 66,250 xalla 1-ci yerdə gedir. Əvəzində Ağamirova həm halqa, həm də topla hərəkətdə 5-ci yeri tutduğu üçün finala yüksələ bilməyib.
Mayın 13-də Ağamirova, Piriyeva və Durunda gürz və lentlə təsnifat mərhələsində çıxış edəcək. Yekunda bu hərəkətlər üzrə də finalçılar müəyyənləşəcək. Fərdi çıxışlarda göstərilən nəticələrin cəmində komanda çoxnövçülüyü üzrə medal qazanacaq ölkələr məlum olacaq.