APA-nın xəbərinə görə, Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer final qarşılaşmalarına baxıblar.
Qalib idmançıların mükafatlandırılması mərasimlərində medalları atletlərə Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer təqdim ediblər.
Çempion idmançılarımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.