Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə suriyalı bədii gimnast Dina Alşıx Əli deyib.
Suriyalı idmançı deyib: "Biz Suriyaya sülhün, normal həyatın və tam olaraq məşq etmək imkanın qayıtmasını istəyirik".
Öz çıxışı haqda danışan gimnast belə böyük zalda ilk dəfə çıxış etdiyimi və buna görə də çox həyacanlı olduğunu bildirib.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.