“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dək çəki dərəcəsində qalib gələn taekvandoçuların mükafatlandırılması mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, qaliblərə medalları Prezident İlham Əliyev təqdim edib. Bu çəki dərəcəsində təmsilçimiz Milad Beygi Harçeqani çempion olub.