2 İyul 2017 20:58
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" Polşanın "Legia" klubunun futbolçusunu transfer edir.

Teleqraf.com "Fanat.az"a istinadən xəbər verir ki, təmsilçimiz Polşa klubunun kaptanı Yakub Rjejniçakı heyətinə qatır.

Onun bu gün "Qarabağ" üçün tibbi müayinədən keçərək anlaşma imzalayacağı bildirilir. Anlaşmanın müddəti 2 il olacaq.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov xəbəri təsdiq edib. Klub rəsmisi bildirib ki, həqiqətən də Yakub Rjejniçakla danışıqlar olub. Amma müqavilənin imzalanma tarixinin bilinmədiyini deyib.

Qeyd edək ki, Yakub Rjejniçak 2003-2004-cü ildə "Vidzev"də çıxış edib. 2004-cü ildə "Legia"ya transfer olunan futbolçu bu komandanın heyətində 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokun qalibi olub. 30 yaşlı mərkəz müdafiəçisi Varşava təmsilçisinin kapitanıdı.

Yakub Rjejniçak indiyədək Polşanın əsas millisində 9 oyun keçirib. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər