6 İyul 2017 22:59
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

Teleqraf.com xəbər verir ki, klubun rəsmi saytında yerləşdirilmiş məlumata görə, təsisçinin qərarı ilə "icraçı direktor” vəzifəsi ləğv edilib, "prezident” və "vitse-prezident” vəzifələri təsis edilib.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Xatırladaq ki, Müşahidə Şurasının sədri məşhur yazıçı Çingiz Abdullayevdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər