Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb. Ronaldoya cəzanın 4 oyunu hakimi itələdiyinə, bir oyunu isə qırmızı vərəqəyə görə kəsilib. Beləliklə, 32 yaşlı hücumçu "Barselona" ilə superkubokun təkrar görüşünü, həmçinin La liqada "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşləri buraxacaq.