"Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz".
Teleqraf.com xəbər verir ki, bunu klubun baş məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrupunun püşkünə münasibət bildirərkən deyib.
Eusebio di Françesko bildirib ki, son 4 ildə “Atletiko” iki dəfə Çempionlar Liqasının finalında oynayıb: "Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilməzlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür. Onların Antonio Konte kimi yüksək səviyyəli məşqçiləri var. Biz üçüncü səbətdə yer aldığımızdan bu, gözlənilən idi. Bilirdik ki, bizi güclü komandalar gözləyir. Bizim qrupdakı hər bir komandaya hörmətimiz var və uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".